Tərcümə Mərkəzi Moskva Kitab Yarmarkasında

Tərcümə Mərkəzi Moskva Kitab Yarmarkasında
4 sentyabr 2015
# 12:06

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti Rusiyada keçirilən XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.

Sərgidə 400-dən artıq rus, 50-dən çox xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları ilə yanaşı Mərkəzin nəşrləri də nümayiş etdirilir.

Açılış günü milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib və nəşrlərimizlə yaxından tanış olublar. “Bu səviyyəli sərgilər Azərbaycanın kitab müstəvisində baş verənlərin dünya oxucusuna təqdim olunmasında bir pəncərə rolunu oynayır.” – deyən Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev sərgi çərçivəsində yeni və önəmli əlaqələrin də qurulduğunu bildirib.

Sentyabrın 6-a qədər davam edəcək sərgidə maraqlı tədbirlərin düzənlənəcəyi, məşhur şair və yazıçılarla görüşlərin keçiriləcəyi nəzərdə tutulur.

Отображается файл "esas.jpeg"

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

# # #