Əfsanəvi cizgi filmi “Simpsonlar”ın yaradıcılarından biri Sem Simon vəfat edib. “Kulis”in türk mətbuatına istinadən verdiyi məlumata görə o, xərçənglə mübarizə aparırdı.
1989-cu ildən bu yana ABŞ-da yayımlanan cizgi filmində bir ailədən söhbət açılır. Simon ssenaristlərə rəhbərlik edirdi.
O, “Simpsonlar”dakı yazar, rejissor və prodüser fəaliyyətlərinə görə yedi dəfə Emmi mükafatı qazanmışdı. Dördüncü sezondan sonra “Simpsonlar”ın yaradıcı heyətindən ayrılan Sam Simon bağladığı müqaviləyə əsasən hər il 20-30 milyon dollar qazanırdı. Xəstəliyi məlum olandan sonra xeyriyyəçiliklə məşğul olan ssenarist “Sam Simon Vəqfi”ni yaratmışdı.