Autizm film müsabiqəsinin qalib filmləri

Autizm film müsabiqəsinin qalib filmləri
2 may 2014
# 13:20



BMT-nin qərarı ilə aprelin 2-si Beynəlxalq Autizm Maarifləndirmə Günü kimi qeyd olunur

Azərbaycanda Birgə və Sağlam, Sosial Xidmətlər Təşəbbüsü ictimai birlikləri vətəndaşları autizm mövzusunda məlumatlandırmaq məqsədi ilə aprel ayında müxtəlif maarifləndirici tədbirlər keçirib. Keçirilən tədbirlərdən biri də autizm mövzusunda qısametrajlı həvəskar film müsabiqəsi olub.

"Cinemasports Azerbaijan" film marafonuna ümumilikdə 4 film təqdim olunub: “Başqa baxış” (rejissorlar: Nuriyyə Babayeva, Valiyyə Məmmədzadə, Cavid Qardaşəliyev), “Autistin dünyası” (rej:Rəvan Muradov, Fəhti Qasımlı, Əmrah Niyazlı), “Out” (rej: Zamir Süleymanov, Emin Əzizbəyli), “Bir” (rej: Şəmistan Əziz, Lika Kosova, Səmimi Səfəri).

Cəmiyyətə bu sindrom haqqında məlumat vermək məqsədi daşıyan filmlərdə autizm sindromuna müxtəlif baxış bucağından yanaşılıb.

Kulturoloq Cagangir Səlimovun, psixoloq Vüsalə Xəlilovanın, rejissor Fehruz Şamıyevin, "Birgə və Sağlam" İB-nin sədri Aytən Eynalovanın daxil olduğu münsiflər heyəti filmlərin hər birini yüksək qiymətləndirib.

Müsabiqə iştirakçılarına pul mükafatı verilib.

Filmləri aşağıdakı linklərdə izləyə bilərsiniz:


https://www.youtube.com/watch?v=w2eQ-qLDFYk

https://www.youtube.com/watch?v=qPmMgmiGYzs

https://www.youtube.com/watch?v=InxdleHdCLM

https://www.youtube.com/watch?v=4ZdEHLa9CO8

# 1779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #