Doktor Əli Şəriətinin “Ey ata, ey ana, biz günahkarıq” adlı kitabı nəşr edilib. Kulis.Azın məlumatına görə, kitab “Parlaq imzalar” nəşriyyatında çap olunub.
Müəllif əvvəlcə özünəməxsus bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsli, onların ata-anasını ittiham edir. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşması kimi problemlər bütün gerçəkliyi ilə ortaya çıxır.
Kitabın ikinci hissəsində isə Dr. Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur; islami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqlayaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur.
Kitabı şəhərin kitab mağazalarında əldə edə bilərsiz.