“Ölü mətn” Türkiyədə müzakirə olunacaq

“Ölü mətn” Türkiyədə müzakirə olunacaq
26 avqust 2013
# 16:47

Yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanı Türkiyədə nəşr olunacaq. Kulis.Azın modern.az saytına istinadən verdiyi məlumata görə avqustun 29-da isə İstanbulun “Dədəman“ otelində keçiriləcək toplantıda romanın geniş müzakirəsi keçiriləcək.

Türkiyənin tanınmış elm və ədəbiyyat xadimləri professor İhsan Kantarcı, Usameddin Çakmakçı və digərləri romanın ilkin müzakirəsində iştirak edəcəklər.

“Postsufi romanı” statuslu əsərin müzakirəsi Azərbaycanda da olacaq. Sentyabrın 16-da Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək dəyirmi masada ədəbiyyatçılar yenidən bir araya gələcək.

Qeyd edək ki, “Ölü mətn” müəllifin “Yeddi” romanından sonra ikinci böyük nəsr əsəridir.

# 1833 dəfə oxunub

Müəllifin son yazıları

# # #