“Dodağımın dedikləri” kitabı çap olunub

“Dodağımın dedikləri” kitabı çap olunub
15 oktyabr 2019
# 14:42

Tanınmış yazar Yeganə Bağırovanın "Dodağımın dedikləri" adlı yeni kitabı işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, müəllifin ilk şeirlər kitabı olan bu nəşr, yazarın oxucularla beşinci görüşüdür. Bundan əvvəlki dörd kitab, publisistik kitablardır.

Kitabda əsasən şairənin sərbəst vəzndə yazdığı şeirlər yer alıb. Bu şeirlər modern düşüncənin məhsuludur. İstər texnika baxımından, istərsə məzmun baxımından kitabdakı şeirlər modern dünyagörüşü ilə başqalarından seçilir.

Şeirlərdəki lirik qəhrəmanlar, hətta öz intim hisslərini, yaşantılarını oxucudan gizlətmirlər.

Xatırladaq ki, “Dodağının dedikləri” kitabını Kitabevim.az mağazalar şəbəkəsində əldə edə bilərsiniz.

# 2842 dəfə oxunub

Müəllifin son yazıları

# # #