Məşhur rejissor qaçqınlardan film çəkir

Məşhur rejissor qaçqınlardan film çəkir
8 yanvar 2016
# 14:53

Məşhur rejissor Mihael Hanekenin “Happy end” (Xoşbəxt sonluq”) adlı yeni filmi qaçqınlardan bəhs edəcək. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə 2017-ci ildə tamamlanacaq filmin Kann Film Festivalında göstərilməsi planlaşdırılır.

Rejissora “Ən yaxşı xarici dildə film” nominasiyasında Oskar qazandıran “Eşq” filmində oynayan aktyorlar Jan Lui Trintiqnant və İzabella Habbert də çəkiliş heyətində yer alacaq. Filmin çəkilişləri Fransanın şimalında, son zamanlar qaçqınlarla bağlı adı tez-tez hallanan Kale şəhərində aparılır.

Haneke aktyor Julyet Binoş və rejissor Kosta Karvasla birlikdə qaçqın böhranına qarşı Avropanın addım atmasını tələb edən 5 min kino adamından biridir.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #