92 yaşlı tanınmış türk yazıçısı Yaşar Kamalın səhhətində problemlər yaranıb.
Kulis.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, yazıçı ürək çatışmazlığı və kəskin ağciyər infeksiyası diaqnozu ilə İstanbul Üniversiteti Tıbb Fakültəsi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, hazırda şüuru qapalı vəziyyətdə olan yazıçını tibb aparatlarından ayırmaq mümkün deyil. “Həyatı təhlükədədir” – deyə bildirilib. Ancaq səhhətində irəliləyiş olma ehtimalı da var.