Hüseyn Cavidin şair qohumu vəfat edib

Hüseyn Cavidin şair qohumu vəfat edib
28 avqust 2014
# 13:12

Şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı, şair, publisist Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.

Məlumatı “Media forum” saytına filologiya üzrə elmlər doktoru, Hüseyn Cavidin Ev Muzeyinin ictimaiyyətlə əlaqələrə məsul şəxsi Gülbəniz Babaxanlı verib.

Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1972-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olub.

1965-ci ildən mətbuatda müntəzəm çıxış edən Əbülfəz Naxçıvanlı 400-dən çox publisist məqalənin, şeirlər və poemalardan ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

# 1484 dəfə oxunub

Müəllifin son yazıları

# # #