AYB-də vəziyyət gərginləşir

AYB-də vəziyyət gərginləşir
5 iyun 2013
# 10:54

Yazar Elnaz Eyvazlı Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk edib.

Elnaz Eyvazlı Kulis.Az-a verdiyi açıqlamada bildirib ki, təzyiqlə üzləşmək istəmir: "Mən öz yazılarıma kəlmə-kəlmə cavabdehəm. Nə vaxtsa hər hansı bir yazıma, hər hansı bir hadisəyə bildirdiyim münasibətimə görə təzyiqlərlə üzləşmək istəmirəm . Bu qorxu deyil, sadəcə azad olmaq istəyirəm. Kimsə deyə bilər ki, AYB sənin azadlığını boğmurdu, ancaq mən indi daha rahatam".

Yazar deyib ki, bu barədə bir ilə yaxındır götür-qoy edirmiş: “Qərarıma əmin olduqdan sonra ərizəmi Birliyə təqdim etdim Ürəyimin səsilə qərar vermişəm , peşman deyiləm”.

Xatırladaq ki, Elnaz Eyvazlının istefası barədə ilk xəbəri qaynar.info saytı yayıb.

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

# # #