Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşasını təqdim etməyə hazırlaşır.
Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrdan bildirilib ki, premyerası iyunun 24-də gerçəkləşəcək səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.
Tamaşanın iyunun 25-də də nümayişi nəzərdə tutulur. /azertag.az/