Kusturitsa Dostoyevskidən film çəkəcək

Kusturitsa Dostoyevskidən film çəkəcək
27 yanvar 2016
# 11:04

Dünya şöhrətli serbiyalı kinorejissor Emir Kusturitsa rus dilində film çəkmək arzusundadır. Axar.az Calvertjournal-a istinadən xəbər verir ki, rejissor bu barədə məlumatı iştirak etdiyi 9-cu “Kustendorf” film və musiqi festivalında deyib.

Rusiya kinosunun gələcəyi haqqında fikirlərini bölüşən E.Kusturitsa Fyodor Dostoyevski haqqında da film çəkmək istədiyini qeyd edib:

“Dostoyevski haqqında film çəkmək istəyirəm, mənim milyonlarla ideyalarım olur, bu isə mənim ən böyük problemimdir. Ömrümün axırına kimi mütləq rusca bir film çəkəcəyəm. Rusiyanı sevirəm, çünki damarlarımda rus qanı axdığını hiss edirəm. Rus rejissorlar Hollivudun təsiri altına düşməməlidirlər. Ədəbi ənənəsi çox böyük olan Rusiyada mövzu və məzmun genişliyi Qərb nümunələrini təkrar etməməyə imkan verir”.

Qeyd edək ki, E.Kusturitsa hazırda Serbiyada yanvarın 22-də açılmış 9-cu “Kustendorf” kinofestivalında iştirak edir.

# 924 dəfə oxunub

Müəllifin son yazıları

# # #