Çingiz Abdullayev İŞİD-dən kitab yazır

Çingiz Abdullayev İŞİD-dən kitab yazır
15 yanvar 2015
# 10:41

“Dünyadakı terror hadisələri, İŞİD, Əl-Qaidə kimi təşkilatlar haqqında roman yazıram”.

Bunu Kulis.Aza açıqlamasında Xalq Yazıçısı Çingiz Abdullayev bildirib.

Romanının adını hələ müəyyənləşdirməyən yazıçı əsərin ideyasının Parisdəki terror hadisəsindən əvvəl yarandığını deyib. Kitab yaxın üç ay müddətinə hazır olacaq.

Çingiz Abdullayev bu dəfə bir yeniliyə də imza atıb: “Əsərlərim həmişə əvvəlcə Rusiyada, daha sonra başqa ölkələrdə çap olunurdu. Bu dəfə qərara almışıq ki, roman iki dildə nəşr edək. Yeni kitabım Rusiyada və Azərbaycanda eyni vaxtda çapdan çıxacaq”.

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #