Azərbaycanlı kinorejissor vəfat etdi

Azərbaycanlı kinorejissor vəfat etdi
1 avqust 2013
# 09:22

Azərbaycanlı kinorejissor, Əməkdar İncəsənət Xadimi Ələkbər Muradov vəfat edib. Mərhumun oğlu Murad Muradovun Kulis.Az-a verdiyi məlumata görə kinorejissor bu gün gecə saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. Ələkbər Muradovla vida mərasimi bu gün doğulduğu Əmircan qəsəbəsində keçiriləcək və mərhum vəsiyyətinə uyğun olaraq doğmalarının yanında dəfn ediləcək.

Ələkbər Muradov sənədli, bədii olmaqla ümumilikdə 41 filmin müəllifidir.

“Güllələnmə təxirə salınır” bədii filmi onun kinoda ən parlaq işidir.

Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində, bir müddət isə Lider TV-də və İctimai TV-də çalışıb.

Allah rəhmət eləsin!

# 1876 dəfə oxunub

Müəllifin son yazıları

# # #