Elnarə Akimovanın kitabı çap olundu

Elnarə Akimovanın kitabı çap olundu
10 yanvar 2013
# 17:54

Gənc tənqidçi Elnarə Akimovanın “Yeni təfəkkür və ədəbi tənqid” adlı yeni kitabı işıq üzü görüb.

Bura müəllifin son illərdə yazdığı məqalələri - ədəbi tənqidin, poeziyanın və nəsrimizin yaradıcılıq problemlərini sərgiləyən problem yazıları, məruzələri, “ustad dərsləri” qismindən yer alan portret yazıları, çağdaş ədəbi prosesin bir qisim yazarlarının kitabları haqqında resenziyaları daxil edilmişdir.

Kitabda müasir Azərbaycan ədəbiyyatşünaslığının, tənqidinin və nəzəri-estetik fikrinin problemləri çağdaş təfəkkür işığında təhlil olunur.

# 2487 dəfə oxunub

Müəllifin son yazıları

# # #