Zvyaginsev Kann Festivalında münsif olacaq

Zvyaginsev Kann Festivalında münsif olacaq
18 aprel 2018
# 10:20

Rus rejissor Andrey Zvyaginsev 71-ci Kann kinofestivalının münsiflər heyətində yer alacaq.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə festivalın direktoru Tyerri Fremo deyib.

Onun sözlərinə görə Zvyaginsev müzakirələrdə aktiv şəkildə iştirak etmək üçün hazırda ingilis dilini öyrənir.

Digər münsiflərin adları hələ açıqlanmayıb, yaxın günlərdə bəlli olacaq.

Bundan əvvəl məlum olmuşdu ki, münsiflər heyətinin sədri Keyt Blanşet olacaq.

Başqa bir xəbərə görə isə festivalın qırımızı xalısında selfi çəkdirmək qadağan olunub.

Qeyd edək ki, ötən ilki Kann festivalında Andrey Zvyaginsev “Sevgisizlik” filminə görə münsiflərin rəğbəti mükafatını qazanmışdı.

# 1161 dəfə oxunub

Müəllifin son yazıları

# # #