“Ər quyusu” filmi nümayiş olunacaq

“Ər quyusu” filmi nümayiş olunacaq
7 fevral 2017
# 15:44

Fevral 15-dən etibarən Nizami Kino Mərkəzində “Ər quyusu” filminin nümayişləri başlayacaq.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır.

Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

Komik hadisələrlə zəngin filmdə əsas rolları Əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.

Filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb.

# 1228 dəfə oxunub

Müəllifin son yazıları

# # #