Bakıda Roka həsr olunmuş fotosərgi açılacaq

Bakıda Roka həsr olunmuş fotosərgi açılacaq
2 iyun 2016
# 09:59

Bu gün “Art Villa” qalereyasında “Arts Council Azərbaijcan”nın təşkilatçılığı ilə “Roch!” adlı fotosərgi açılacaq.

Kulis.Az Azərtaca istinadən xəbər verir ki, sərgi müasir musiqi sənəti sayılan və sosial mədəniyyətin formalaşmasına təsir edən Azərbaycan rokuna həsr olunacaq.

Sərgidə bilavasitə rok musiqi mühitinə aid fotoşəkillər nümayiş etdiriləcək.

Qeyd edək ki, 3 gün davam edəcək sərgi tanınmış fotoqraflar Rüstəm Hüseynov və Tofiq Rəşidovun müştərək layihəsidir.

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

# # #