Azərbaycanlı rəssam Paris sərgisində

Azərbaycanlı rəssam Paris sərgisində
28 oktyabr 2015
# 17:00

Parisdə Pyer Karden mərkəzində oktyabr ayının 22-dən 26-a qədər “Salon biznes art – 2015” adlı müasir incəsənət sərgisi keçirilib. Kulisin məlumatına görə sərgidə azərbaycanlı rəssam Səbinə Abdullayeva da iştirak edib.

Bütün dünyada məşhur olan bu böyük incəsənət sərgisində dünyanın otuz ölkəsindən 150 sayda rəssam, heykəltəraş və fotoqraf iştirak edib.

Sərgidə şüşə üzərində “Nar”, “Şərq gözəli”, “Qaçan insan”, “Muza”, “Qarabağ kilimi”, “Xurma ağacı” adlı naqqaşlıq nümunələri nümayiş olunan həmyerlimiz rəssam Səbinə Abdullyeva “Qran Pri” mükafatına layiq görülüb.

Bu, Fransa tarixində baş tutmuş yeddinci “Salon biznes art” sərgisidir.

# 2133 dəfə oxunub

Müəllifin son yazıları

# # #