Dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts həyatda ən böyük peşmanlığını etiraf edib.
Qeyts sosial media platforması olan Reddit-də istifadəçilərin suallarını cavablandırıb. O, “Ən böyük peşmanlığınız nədir?” sualına belə cavab verib: “Xarici dil bilmədiyim üçün özümü axmaq hesab edirəm”.
Məktəb vaxtı latın və yunan dilləri təhsili alsa da həmin fənləri pis oxuyurmuş. Qeyts daha sonra əlavə edib: “Fransız, ərəb, hətta Çin dilini də bilmək istərdim”.