Selfi psixi xəstəlik imiş

Selfi psixi xəstəlik imiş
1 iyul 2014
# 12:05

Amerika Psixiatrlar Assosiasiyası selfinin-öz şəklini mobil telefonla çəkməyin-psixi pozğunluq olduğunu bəyan edib.

Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə psixiatrların fikrincə daim özünün fotoşəkillərini çəkmək özünəhörmət hissinin itməsini kompensasiya etməkdən irəli gəlir.

Mütəxəssislər xəstəliyin üç mərhələsini müəyyən ediblər. Xəstəliyin ən ağır mərhələsi xroniki mərhələdir ki, bu mərhələdə insan gecə-gündüz öz şəklini çəkir və fotosunu gündə 6 dəfədən az olmamaqla internetə yerləşdirir. Xəstəlikdən müalicə metodları hələlik bəlli deyil.

# 2624 dəfə oxunub

Müəllifin son yazıları

# # #