Aktyorların yeni sədri kim olacaq?

Aktyorların yeni sədri kim olacaq?
19 iyun 2014
# 10:50

İyunun 23-də Abşeron Mariot otelində Teatr Xadimləri İttifaqının (TXİ) konfransı keçiriləcək.

Bu barədə Kulis.aza ittifaqdan məlumat verilib.

Teatr Xadimləri İttifaqının nizamnaməsinə görə, konfransda ittifaqın sədrinin və Təftiş Komissiyasının hesabatları dinlənilir; açıq və ya gizli səsvermə yolu ilə alternativ əsaslarla 5 il müddətinə ittifaqın sədri və onun müavinləri, Təftiş Komissiyasının sədri və üzvləri seçilir, ittifaqın yenidən qurulması və ya ləğvi haqqında, onun hüquqi varisi barədə qərar qəbul edilir, İttifaqın İdarə Heyətinin tərkibi təsdiq olunur və s.

TXİ-dən konfransda hansı qonaqların iştirak edəcəyi, sədrliyə namizədlərin kimliyi barədə heç bir məlumat verilmir.

“Hələlik heç nə məlum deyil” – deyə, rejissor Azər Paşa Nemət hələlik suallarımıza cavab verə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, Azər Paşa Nemət İttifaqın hazırkı sədridir. O, 2004-cü ildən bu vəzifədə çalışır.

# 1929 dəfə oxunub

Müəllifin son yazıları

# # #