İyunun 17-də AYB-nin qurultayıdır

İyunun 17-də AYB-nin qurultayıdır
21 aprel 2014
# 15:03

Bu gün Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib. Bu barədə Lent.az-a Birliyin mətbuat xidmətindən məlumat verilib. Toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub.

Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin.

Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək.

Beləliklə, Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

# 1724 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #