Azdramanın saytını hakerlər dağıdıb

Azdramanın saytını hakerlər dağıdıb
28 yanvar 2014
# 17:26

Azərbaycan Dövlət Akademik Dram Teatrının saytı haker hücumuna məruz qalıb. APA-nın məlumatına görə, sayt tamamilə dağıdılıb və ana səhifəyə İraqın sabiq lideri Səddam Hüseynin məhkəmədə çəkilən fotosu yerləşdirilib.

Teatrın mətbuat katibi Elçin Cəfərov APA-ya bildirib ki, saytla bağlı əməkdaşlıq etdikləri mütəxəssislərə müraciət olunub və hazırda məsələ araşdırılır: “Kimlər tərəfindən edildiyi məlum deyil. Qısa zamanda saytın bərpasına çalışırıq”.

E. Cəfərov qeyd edib ki, yaxın gələcəkdə teatrın yeni internet səhifəsi fəaliyyətə başlayacaq: “Bununla bağlı təqdimatımız olacaq”.

# 1410 dəfə oxunub

Müəllifin son yazıları

# # #