“Mahmud və Məryəm” filmində Sofu rolunu oynamış Polad Bilgin “Habertürk” qəzetinə verdiyi müsahibədə filmlə bağlı maraqlı mülahizələr yürüdüb. Filmin uğur qazanmaması barədə jurnalistin suallarını cavablandıran aktyor günahı özlərində görüb: “Deməli, bacarmamışıq. Bəhanə tapmaq istəmirəm, amma roman o qədər detallı idi ki, onu bir filmə sığdırmaq mümkün olmadı. Ona görə də filmin çox hissəsi qayçılandı. Ona görə də tamaşaçının beynində hər şey bir-birinə qarışdı. Amma yenə də utanmıram. Çox əziyyət çəkdik”.
Öz rolu haqqında da danışan Polad Bilgin Sofunu filmin ən real xarakteri adlandırıb.
“Bacarmadıq, bəhanə axtarmıram”
4 oktyabr 2013
12:02
2819 dəfə oxunub