Çingiz Hüseynov Anara cavab verdi

Çingiz Hüseynov Anara cavab verdi
29 dekabr 2014
# 17:30

“Anarla mübahisəyə həvəsim yoxdur”.

Bunu Kulis.Aza açıqlamasında yazıçı Çingiz Hüseynov bildirib.

Yazıçı daha sonra əlavə edib: “Mən, daha doğrusu, ilahi vergisi və məsafələrdən azad susa bilməyən qələmimlə açıq-aydın öz sözümü dedim. Azərbaycan Yazıçılar Birliyinin qulluğunda səmərəli çalışan Anar da mənim dediklərimə münasibətini bildirdi. Əzəldən bəlli mövqelərimiz bir daha təsdiqləndi. Kim haqlı, kim haqsızdı, eşidən eşidir, görən görür, düşünən düşünür, zamanın keçmişi də var, gələcəyi də! Odur ki, hamımıza uzun ömür arzulayıram”.

Xatırladaq ki, Anar APA-ya verdiyi müsahibədə Çingiz Hüseynovu tənqid edib.

# 1093 dəfə oxunub

Müəllifin son yazıları

# # #