[b]Məşhurların ilk seks xatirələri[/b] - FOTO

[b]Məşhurların ilk seks xatirələri[/b] - FOTO
12 may 2017
# 13:09

Kulis.az məşhurların ilk seks hekayəsini təqdim edir.

Angelina Coli

Image result for ancelina coli

Məşhur aktrisa o günü belə xatırlayır: “İlk dəfə sekslə məşğul olmuşdum. Artıq seks də, duyğular da mənə kifayət eləmirdi. Balaca qız uşağı da deyildim. Bir an gəldi və mən oğlan dostumla daha yaxın olmaq istədim. Bir bıçaq aldım və onu kəsdim. O da məni kəsdi. Sanki nəyisə dəyiş-düyüş edirdik. Qana bulanmışdıq. Ürəyim dəli kimi çırpınırdı.

Seline Dion

Image result for Seline Dion

Məşhur müğənni böyük sevgi yaşadığı musiqiçi Rene Angelil ilə yaşadığı ilk seksi dəqiqliyi ilə xatırlayır: “1988-ci ilin 30 aprelində Dublində. Unudulmaz bir gün idi. Evrovision müsabiqəsinin gecəsiydi. Otağıma gəldi. Çarpayının ucunda oturmuşdum. Çox xoşbəxt idim. Sevdiyim adamla baş-başa qaldığım üçün özümü çox xoşbəxt hiss edirdim”.

Cessika Alba

Image result for Cessika Alba

Amerikan aktrisa ilk dəfə aktyor sevgilisi Maykl Veatrli ilə seks yaşayıb: “18 yaşındaydım. Çox gənc. Onunla təzəcə münasibətə başlamışdıq. Bakirəydim. İlk seksimi ilk sevdiyim adamla yaşamaq istəyirdim. Çünki tanıdıqlarımdan eşitmişdim ki, ilk seks çox bərbad olur. Buna görə də onun da məni sevdiyindən və tərk etməyəcəyindən əmin olmaq istəyirdim”.

Meqan Fox

Image result for Meqan Fox

Amerikan aktrisa və model ilk seksinin çox gözəl olduğunu açıqlayıb: “Bir neçə dəfə qəribə seks yaşadım. Amma ilk seksim qətiyyən qəribə deyildi. Onu sevirdim və hər şey çox gözəl alınmışdı”.

Daniel Radklif

Image result for Daniel Radklif

Harry Poter rolu ilə məşhurlaşan Danielin hekayəsini oxuyaq: “İlk seksimi çox yaxından tanıdığım biri ilə elədim. Bunu çox böyük sevinclə xatırlayıram. Ondan sonra daha gözəl sekslər yaşadım. İlk seksim çoxlarında olduğu kimi iyrənc deyildi, əksinə çox gözəl idi.

Kloe Kardaşyan

Image result for Kloe Kardaşyan

Televiziya personası, məşhur Kim Kardaşyanın bacısı ilk seksini çox erkən yaşda yaşayıb: “14 yaşındaydım və 18 yaşında bir oğlanla sevgiliydim. İndi arxaya baxanda çox iyrənc görünür, ancaq o zamanlar mənə bu çox romantik gəlirdi. Əslində o da məni bu mövzuda çox sıxırdı, seks yaşamağımızı istəyirdi. Mən hazır deyildim. Bədənimi yenicə tanıyırdım hələ. Ancaq onunla olmasam artıq kifayət qədər romantik olmayacağımı və oğlanın da məni atıb gedəcəyini hiss edirdim... Onunla sekslə məşğul olandan sonrakı 3 il boyunca heç kimlə sevişmədim”.

Kim Kardaşyan

Image result for Kim Kardaşyan

Bacısından bir il sonra ilk dəfə sekslə məşğul olub: “İlk dəfə həqiqətən sevişmək istəyəndə 15 yaşındaydım. “Bunu istəyirəm, mütləq edəcəm” – öz-özümə belə deyirdim. Anam isə bu istəyimi biləndə: “O zaman nə edəcəyik bilirsən? Hamiləliyin qarşısını almaq üçün işə keçəcəyik”. – dedi. Anam mənə qarşı həqiqətən çox açıq və dürüst davranmışdı.”

Lena Dunham

Image result for Lena Dunham

Amerikan aktrisa ilk seksi haqqında müsahibələrinin birində belə deyib: “Düşündüyümdən daha çox ağrıdı canım. Ancaq fərqli bir ağrı idi bu. O da çox gərgin idi, heç cür bitirə bilmirdi. Hər şey qurtarandan sonra yanaşı uzandıq və söhbət etməyə başladıq. O həqiqətən gözəl insan idi. Bir az tələskən olsa da yaxşı partnyor tapdığım üçün özümlə fəxr edirdim. Anama danışmaq üçün tələsirdim”.

Kristian Ritter

Image result for Kristian Ritter

Amerikan aktrisa həmin günü əsəbiliklə xatırlayır: “O, çox özündən razı, kobud idi. Necə deyərlər, əsl “pis uşaq” idi. Adı Demian idi, amma ailəm onda Demon (şeytan) deyirdi. İlk seksimizi basketbol məşqindən sonra babasının marşrutunda reallaşdırdıq. Çox gözəl olduğunu xatırlamıram”.

Ansel Elgort

Image result for Ansel Elgort

Amerikan aktyor ilk seksini 14 yaşında yaşayıb: “14 yaşında sekslə məşğul oldum. Nə etdiyimin fərqində deyildim. Qız da mənim kimi... O günə təkrar qayıtsam bəzi şeyləri daha fərqli edərdim”.

# 7803 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #