Mirəli Səmədovun sərgisi olacaq

Mirəli Səmədovun sərgisi olacaq
12 dekabr 2016
# 16:00

Mirəli Səmədovun sərgisi keçirləcək. Kulis.azın məlumatına görə sərgidə rəssamın bir neçə tablosu, gündəliyindən fraqmentlər və havadarına yazdığı məktub təqdim olunacaq.

Mirəli öz təkrarsız fakturalı, parlaq boyalı əsərlərində doğma yurduna – Abşerona olan məhəbbətini təcəssüm etdirmişdir. Yaşadığı dövrün cəsarətli insanı olan Mirəli ilk baxışdan sadə görünən və onu əhatə edən sərt gerçəkliyin ünsürlərindən ilham alırdı, lakin bu adi gündəlik həyat rəssamın özünəməxsus baxış bucağı altında simasını dəyişib sənət əsərinə çevrilirdi.

Xəstəxanadakı şanapipik, sinəsini uzun dırnaqları ilə örtən utancaq qadın, ləziz Zirə pomidorları, dənizqırağı bağ hasarının üstündəki it heykəli, pürrəngi çayla dolu armudu stəkanda əks olunmuş sima – rəssamın diqqətli gözləri bütün bunlara var gücü ilə baxır, onun dırnaqı isə gördüklərini, düşündüklərini, iztirablı yaşamını təəssüratın gözqamaşdırıcı incisinə çevirib həkk edir. Mirəli Səmədov bu inciylə bu gün bizlərlə təmənnasız şəkildə bölüşür.

Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

# 1204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #