Çingiz Hüseynov cihaddan danışdı

Çingiz Hüseynov cihaddan danışdı
22 iyun 2015
# 10:56

Kulis “Blitz müsahibə” layihəsindən Çingiz Hüseynovun cavablarını təqdim edir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Mirzə Fətəlinin “Aldanmış kəvakib (ulduzlar)” romanvari hekayəsi, Mirzə Cəlilin “Post qutusu“, “Dəllək”, “Quzu”, “Danabaşlar”, “Usta Zeynal” və sairə bunlara bənzər yazılar. Niyə? Bizə özümüzü göstərir, inkişafa çağırır.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

“Davamçı” sözünü “ənənə” sözü ilə əvəz edərdim. Beş olsun deyə - Sabir və Mirzə Cəlil, Qoqol, “Don Kixot”, Folkner.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Narahat əvəzinə ağrı deyərdim.

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- “Qələm cihadı”na sadiq olmaq –vəssalam!

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- Qanadlandırır.

# 1214 dəfə oxunub

Müəllifin son yazıları

# # #