Xalq şairini əməliyyat edə bilərlər

Xalq şairini əməliyyat edə bilərlər
12 fevral 2015
# 13:00

Fikrət Qocanın vəziyyəti nisbətən stabilləşib. Dünən vəziyyəti çox pis idi. İndi oğlu ilə danışdım, deyir, həkimlər müayinənin nəticəsindən asılı olaraq, müalicəni davam etdirəcəklər”.

Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca deyib.

Onun sözlərində görə, şairin ürək damarlarını təmizləmək mümkün olmasa, əməliyyat edəcəklər: “Həkimlər dünən deyiblər ki, vəziyyət çox ciddidir. Bu gün oğlunu tanıyıb, bir-iki kəlmə kəsə bilib. Yəni ünsiyyəti bərpa olunub. Hazırda müalicələri davam edir, dünənə nisbətən əlli faiz yaxşılaşıb. Biz də inşallah həkimlərdən yaxşı xəbər gözləyirik”.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün dünən İstanbula aparıblar.

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #