Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, "525-ci qəzet" və "Mədəniyyət" qəzetlərinin iştirakı ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqəsinin qalibləri məlum olub.
Kulis.az-ın məlumatına görə müsabiqədə birinci yer gənc yazıçı Pərvinə verilib.
İkinci yeri jurnalist, “Azdrama”nın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov tutub.
Üçüncü yer isə teatrşünas, Kulis.az saytının əməkdaşı Aliyə Dadaşovaya layiq görülüb.