Markesin daha bir böyük əsəri AZƏRBAYCAN DİLİNDƏ

Markesin daha bir böyük əsəri AZƏRBAYCAN DİLİNDƏ
21 iyul 2014
# 11:49

Dünya şöhrətli Qabriel Qarsia Markesin Azərbaycan dilində daha bir əsəri işıq üzü görüb. Bu, “MBM” nəşriyyatında çap olunan “Anlatmaq üçün yaşamaq” romanıdır.

Görkəmli yazıçının son romanlarından olan bu avtobioqrafik əsəri dilimizə Turan Şükürova ingilis dilindən çevirib.

Kitabın redaktoru və ön söz müəllifi şair Kəramətdir (Turan xanım onun qızıdır).

Kitab məhdud tirajla çap olunsa da, gələcəkdə nəşriyyatların birində daha geniş nüsxəylə yayılacağı nəzərdə tutulur.

# 1762 dəfə oxunub

Müəllifin son yazıları

# # #