Virtual dünyanın son fenomeni ölkəmizdə

Virtual dünyanın son fenomeni ölkəmizdə
15 iyul 2016
# 12:02

Virtual dünyanın son fenomeni olan Pokemon GO oyunu Azərbaycanda da sürətlə yayılmaqdadır.

Yaponiyanın Niantic şirkəti tərəfindən yaradılan oyun ABŞ və Avstraliyada başlamış olsa da az vaxt ərzində bütün dünyada, eləcə də Türkiyə və Azərbaycanda böyük marağa səbəb olub.

İOS və Android sistemli telefonlarla pulsuz şəkildə oynanılan oyunun Beta versiyası iyul ayında təqdim olundu. Bu oyun sizə virtual pokemonları real həyatda ələ keçirmək, yarışdırmaq və məşq etdirmək imkanı verir.

Oyuna daxil olduqdan sonra yaratdığınız avatarla birlikdə Pokemon ovuna çıxırsınız. Oyunçular pokemonları toplayaraq kolleksiya yaratmağa başlayır.

Smartfonların GPS və kamera özəlliyinin istifadə edildiyi oyun, xəritəylə birlikdə real həyatla əlaqəlidir. Yəni oyun virtual görünsə də, pokemonları toplamaq üçün real yerlərə getmək lazım olur.

Pokemon GO oyunu yaradıcılarının belə düşünmədiyi sürətdə yayılmağa davam edir. Artıq qısa müddət ərzində Pokemon GO oyunu məşhur Tinder proqramından daha çox telefona yüklənilib.

# 930 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #