Yeni şeir müsabiqəsi keçirilir

Yeni şeir müsabiqəsi keçirilir
19 dekabr 2014
# 17:34

Ələkbər Salahzadə adına “Avanqard poeziya müsabiqəsi” keçirilir. Müsabiqədə forma ilə bərabər fərqli poetik düşüncə tərzi nəzərə alınacaq.

Hər müəllif müsabiqəyə 3 şeir təqdim edə bilər. Şeirlər elektron poçtu vasitəsilə, açıq imza ilə “Qobustan” jurnalına [email protected] email ünvanına göndərilir, yaxud da birbaşa toplunun redaksiyasında qəbul edilir.

İlk beşliyə düşən əsərlər topluda çap olunacaq, sonda isə iki yazar qalib sayılacaqdır. Hər bir müəllif və qalib müsabiqədə təkrar iştirak edə bilər.

Təqdim olunan yazılarda müəllifin adından sonra, ya da zərfin üstündə “Avanqard poeziya müsabiqəsinə” sözləri yazılmalıdır.

Müsabiqəyə şeirlərin qəbulu 01 yanvar 2015-cil tarixindən, 15 avqust 2015-ci il tarixinə kimidir.

Mükafatın özü isə qaliblərə (I, II) yerlər hər il sentyabr ayının 15-də Ə. Salahzadənin vaxtilə oxuduğu Qonaqkənd (Quba) orta məktəbində təqdim olunacaqdır.

# 1256 dəfə oxunub

Müəllifin son yazıları

# # #