Kamal Abdullaya yeni vəzifə

Kamal Abdullaya yeni vəzifə
29 noyabr 2014
# 11:01

Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü il 19 noyabr tarixli sərəncamı ilə təyin edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin ilk iclası keçirilib.


APA-nın məlumatına görə, iclasda Himayəçilik Şurası sədrinin seçilməsi və perspektiv işlərlə bağlı müzakirələr aparılıb.

İclas iştirakçılarının qərarı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev (Abdulla) Himayəçilik Şurasının sədri seçilib.

# 1844 dəfə oxunub

Müəllifin son yazıları

# # #