Qismət də AYB-ni tərk elədi

Qismət də AYB-ni tərk elədi
5 iyun 2013
# 22:08

Şair Qismət Rüstəmov Azərbaycan Yazıçılar Birliyini (AYB) tərk edib.

Bu barədə kulis.az-a məlumat verən Q. Rüstəmov deyib ki, o, birlik daxilində demokratik prinsiplərin pozulmasına etiraz olaraq qurumun sıralarından istefa verib.

Qismət qeyd edib ki, o istefasının səbəblərinə sabah kulis. az saytında yayımlanacaq yazısında tam aydınlıq gətirəcək.

Qeyd edək ki, dünən yazıçı Şərif Ağayar AYB sıralarından çıxarılıb. AYB bu qərarını yazıçının qurumun katibi Fikrət Qocanın ünvanına sərt və tənqidi ifadələr işlətməsi ilə əsaslandırıb. Bu barədə Şərif Ağayar özü isə yalnız mətbuatda eşidib.

Ş. Ağayarın AYB-dən çıxarılmasından sonra isə yazarlar Elnaz Eyvazlı, Babək Göyüş, Ayxan Ayvaz və Mövlud Mövlud qurumdan istefa verdiklərini bəyan ediblər.

# 3750 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #