Məleykə Əsədova ƏVƏZLƏNDİ

Məleykə Əsədova ƏVƏZLƏNDİ
6 may 2014
# 13:12

Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında gedən “Evlənmə” (N.Qoqol) tamaşasında aktrisa dəyişikliyi olub.

Kulis.az məlumatına görə, bundan sonra Aqafya Tixonovna rolunda, “ilin ən yaxşı aktrisası” adına layiq görülmüş Gültac Əlili oynayacaq. Aktrisa bu rolda ilk dəfə mayın 2-də səhnəyə çıxıb. Xatırladaq ki, sözügedən tamaşada Aqafya Tixonovna rolunda daha öncə respublikanın xalq artisti Məleykə Əsədova oynayıb.

Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr” aktyorluğu fakültəsini bitirib.

Musiqili Teatrın gənc aktrisası Gültac Əlili, “Kimdir müqəssir?” (Ə. Haqverdiyev) komediyasındakı Bahar roluna görə, 2013-cü ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı aktrisası” mükafatına layiq görülüb.

# 5469 dəfə oxunub

Müəllifin son yazıları

# # #