Elza Seyidcahan şeir yazdı

Elza Seyidcahan şeir yazdı
8 fevral 2013
# 17:27

Tək

Nigaranam

Səninçün

Heç bilirsən necə?

Fikrimdəsən

Yalqızam

Nə edim?

Bilmirəm?

Necə gəlim yanına...?

Sən de

Necə?

Səndən heç doymadım ki

Həsrətindən lap doydum

Hicran oldum

Qəmgin qaldım

Tək qoydun

Tək.

Təkliyi bilirsən?

Necədi?

Bilərsən?

Bilirəm, sən də, təksən!

Tək olmaq yaxşıdı?

Ulduzlarla

İnsanlıqda

Dahiliyin

Sənətin

Erkəkliyin tərkində

Tək seçilmək

Tək qalmaq

Tək yatmaq

Sevgilinlə tək yatmaq

Təklərdən tək yaratmaq yaxşı şeydir

Çox yaxşı

Yaxşıların yaxşısıdı belə təklər

Təkin təkə nə ziyanı

Təkdə sığar iki bədən

Təkdən təkin asılanı

Alışanı, yananı

Sarılanı

Sarıl təkə...

Səndə qalsın

Tək qalmasın yazıqdır..!

Səninlədir

Səninkidir!

Yuxularında gördüyündür

Yollarında gəzdirdiyin təkindir..!

Sənin təkin

Tək verdi

Tanrı verdi...!!

Tək təki verdi

Səni verdi

Onu verdi

Sənə verdi

Qoru onu

Sev onu

Tək qal onunla

Tək qalmazsan onunla

Tək.

# 6359 dəfə oxunub

Müəllifin son yazıları

# # #