Qara Qarayev yad ediləcək

Qara Qarayev yad ediləcək
3 fevral 2017
# 11:07

Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

İki günlük nəzərdə tutulan tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə unudulmaz bəstəkarın əsərlərinə müraciət olunacaq. /azərtac/

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #