Mən gey deyiləm, amma...

Mən gey deyiləm, amma...
5 yanvar 2015
# 13:17

İki kovboyun sevgisindən danışan məşhur “Donqar dağlar” əsərinin müəllifi Enni Pru kişi oxuculardan şikayət edib.

79 yaşlı amerikalı yazıçı əsərinin faciə ilə bitməsinə görə oxuculardan qınayıcı məktublar aldığını deyib.

Əsasən kişilər müəllifə yazaraq, sonluğu dəyişməyi və öz variantlarını təklif edirlər. Onlar məktublarında gey olmadıqlarını, amma əsas qəhrəmanlardan biri Cekin ölümünə dözə bilmədiklərini yazırlar: “Onlar mənə öz versiyalarını göndərir, Cekin ölümündən sonra Ennisin yeni sevgilisi ola biləcək kişilərin adını yazır. Bu, məni dəli edir. Məktubların əksəriyyəti belə başlayır: mən gey deyiləm, amma...”

Müəllif əmindir ki, oxucular əsəri anlamayıb: “Söhbət konkret yerdən yox, əxlaq haqda müəyyən fikirlərdən gedir”.

Qeyd edək ki, əsər yazıçıya dünya şöhrəti gətirib və “O Henri” ədəbi mükafatını alıb.

Rejissor Enq Linin əsər əsasında çəkdiyi eyniadlı film Oskar mükafatına layiq görülüb.

# 1473 dəfə oxunub

Müəllifin son yazıları

# # #