Səyavuş Aslan vəfat etdi

Səyavuş Aslan vəfat etdi
27 iyun 2013
# 08:28

Azərbaycanın xalq artisti, gülüş ustası Səyavuş Aslan vəfat edib.


Xalq artistinin oğlu Çingiz Aslanov APA-ya bildirib ki, S. Aslanın vəziyyəti gecə pisləşib. Təcili yardım çağırılsa da, aktyoru xilas etmək mümkün olmayıb.

O, iyunun 27-si saat 4.00 radələrində dünyasını dəyişib.

Aktyor bu gün dəfn olunacaq.

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb.

1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin.

# 2525 dəfə oxunub

Müəllifin son yazıları

# # #