89-cu mövsümün son məşqi

89-cu mövsümün son məşqi
4 iyul 2017
# 17:25

Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.

Kulis.azın verdiyi xəbərə görə, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları canlandıracaq.

Tamaşa yeni mövsümdə, 2017-ci ilin dekabr ayında teatrsevərlərin ixtiyarına veriləcək.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #