Kit Flint intihar edib

Kit Flint intihar edib
5 mart 2019
# 10:34

Britaniyanın The Prodigy elektron musiqi qrupunun dünən öldüyü bildirilən vokalisti və rəqqası Kit Flintin intihar etdiyi xəbəri yayılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 49 yaşlı müğənninin cəsədi evində tapılıb.

Musiqi kollektivinin üzvlərindən biri onun intihar etdiyini bildirib.

Musiqiçilər Kit Flintin elektron musiqinin banilərindən hesab edirlər. O, 1990-ci ildə The Prodigy qrupuna əvvəl rəqqas sonra vokalist kimi daxil olub. Qrupun ilk sinqlində artıq oxumağa başlayan musiqiçi buynuz formalı saçlarının gətirdiyi xüsusi imici ilə fərqlənirdi.

# 1511 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #