"Azdrama" səfərə gedib

"Azdrama" səfərə gedib
18 noyabr 2015
# 14:43

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Minskə qastrol səfərinə yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv Belarusda keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə iştirak edəcək.

Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edir və “İlahi oyun” tamaşası ilə açılacaq.

“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova,
rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.

“İlahi oyun” tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılacaq.

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur.

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

# # #