“Məktub” yetişdi

“Məktub” yetişdi
17 aprel 2013
# 11:19

“Məktub” qısametrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Filmin ssenari müəllifi və rejissoru Hacı Həsənov, quruluşçu operatoru Tacəddin Asifoğludur.

Ekran əsəri Qarabağ müharibəsi dövründən bəhs edir. Filmdə baş rolları əməkdar artist Vidadi Əliyev və Nofəl Şahlaroğlu ifa edir.

Filmdəki yaralı erməni əsgəri ilə ailəsini müharibədə itirmiş azərbaycanlı qoca arasındakı dialoqlar maraq doğurur. Onların hər birinin özünəməxsus həqiqətləri var. Filmin çəkilişləri Lənkəranın Daşdatük kəndində aparılıb.

“Məktub” filminin təqdimatı bu günlərdə baş tutacaq.

# 2118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #