Ulduzlarda səni axtarmaq,
Hər məhv olan ulduza yas saxlamaqdır...
Səni axtarmaq ulduzlarda,
itmiş məni axtarmaqdır əslində
içib sərxoş olub, səni axtarmağı bəhanə edib
“mən” arayışına çıxmaqdır....
Ulduzlarda səni axtarmaq,
məni özümlə baş-başa buraxan adamı
ölüm hökmü ilə cəzalandırmaqdır.
Ölümünü diləməkdir bəlkədə, ölümümü diləməkdir bəlkə də
ulduzlarda səni axtarmaq sərxoş bir ruhun
Son Sayıqlamalarıdır.
Məsafələrə baxmayaraq,
eyni ulduzda göz-gözə gəlmək ümididir bəlkə də...
Ulduzlarda səni axtarmaq,
ulduzlardan səni diləmək ən batil inancdır, ən saçma diləkdir.
Ancaq bilirəm ki ulduzlardan səni diləmək, səni orada aramaq,
Səni müqəddəsləşdirməkdir əslində.
Biz müqəddəsləşdirməyə alışmışıq axı
Min tövbə, əz tövbə az qala yadımdan çıxmışdı.
ulduzlarda səni axtarmaq ruhun uşaqlıqdır, sərsəmliyidir.
Əslində ulduzlarda səni axtarmaq özü
Ulduzları ləkələməkdir , kirlətməkdir...lənətləməkdir!
Nargis (Nərgiz İsmayılova)