p.s.darıxıram

p.s.darıxıram
15 yanvar 2015
# 17:47

Cəlil Cavanşirin “XAN” Nəşriyyatında “p.s: darıxıram” adlı yeni kitabı işıq üzü görüb.

Bu barədə Kulis.az-a müəllifin özü məlumat verib.

Cəlil Cavanşir bildirib ki, ara-sıra yazdığı şeirləri və mətbuatda çap olunan bəzi esselərini toplayıb kitab şəklində çap etdirməyə qərar verib: “Kitabın məhz bu şəkildə çap olunmasının təşəbbüsü dostum və naşirim Müşfiq XANdan gəldi. Elə kitabın adını da o verib. Kitabın ərsəyə gəlməsində əziyyət çəkən bütün dostlarıma təşəkkürümü bildirirəm. Kitabda toplanan şeirlər və esselər şəxsən mənim ürəyimcədir. Ümid edirəm ki, oxucuların da ürəyincə olacaq”.

Xatırladaq ki, kitabın naşiri Müşfiq XAN, redaktoru Elməddin Süleymanovdur. Kitabın dizayn və qrafikası Teymur Fərziyə, mətn tərtibatı Bəxtiyar Ələkbərova məxsusdur.

Qiyməti 2,5 AZN-dir.

# 984 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #