Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi
13 iyul 2024
# 09:00

Kulis.az Günün lətifəsini təqdim edir.

Əli Novruzov İlham Əzizi tənqid edən məqalə yazır. Məqalədə İlhamın ədəbiyyata qonaqlıq verməklə gəldiyinə eyham vurur.

Yazının üstündən bir-iki gün keçəndən sonra Əli İlhama zəng edib çay içməyə çağırır. Çay süfrəsində başqa gənc yazarlar da olur. Çaydan içib, mürəbbələrdən qaşıqlaya-qaşıqlaya müzakirələrini edirlər.

Çox keçməmiş İlham Əzizə kostyum almaq istəyən bir adam zəng edir. İlham tələm-tələsik ayağa qalxıb süfrədəkilərlə sağollaşır.

Özündən asılı olmadan əlini cibinə atır. Cibindən bir topa pul çıxardıb Əli Novruzovun üzünə baxır:

- Bax, ay Əli, bu qədər adam oturmusuz, heç birinizin cibində "şot"-u verməyə pul yoxdu. İndi mən qorxumdan bu çayın, mürəbbənin pulunu verməyim ki, gedib ağzına gələni yazacaqsan?

# 2374 dəfə oxunub

Müəllifin son yazıları

# # #