Pambıqçılar Heydər Əliyevdən onun kitabını istəyirdilər - Yaşadığı blokda soyulan məşhur yazıçı

Pambıqçılar Heydər Əliyevdən onun kitabını istəyirdilər - Yaşadığı blokda soyulan məşhur yazıçı
28 avqust 2023
# 15:00

Bu gün məşhur yazıçı Əlibala Hacızadənin doğum günüdür.
Kulis.az bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb.

***

O, şərqşünas olduğu üçün bir müddət Əfqanıstanda tərcüməçi işləmişdi. Yazıçıya şöhrət gətirən “İtkin gəlin” romanındakı hadisə də Əfqanıstanda baş verib.

***

1979-cu ildə çap olunan “İtkin gəlin” kitabı inanılmaz tirajla satıldı və bir neçə dəfə təkrar yayımlandı. Bundan sonra yazıçı romanın davamını yazdı: “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”. Sonrakı kitablar da ilk kitab kimi yüz minlərlə satıldı.

***

Sovetlər dönəmində Heydər Əliyev Bərdə pambıqçıları ilə görüşür, onların problemləri ilə maraqlanır. Pambıqçılar isə ondan “İtkin gəlin” kitabını istəyirlər. Heydər Əliyev Bakıya qayıdandan sonra kitabın yenidən 100 min tirajla çap olunması üçün göstəriş verir.

***

Azərbaycanda ilk tele-serial da “İtkin gəlin” romanına çəkilib. Rejissor Lütfi Məmmədbəyovun ekranlaşdırdığı əsərdə baş rolu Məleykə Əsədova ifa edib. Aktyorların çoxu serialdan qonorar almayıb, təmənnasız çəkiliblər.

***

Serialın mahnısını Aygün Kazımova oxuyub, bəstəkarı isə Cavanşir Quliyevdir.

***

Romanlardan on minlərlə rubl pul qazanıb. Özü bu barədə demişdi: “Pul xəzəl kimi tökülürdü!”

Image result for əlibala hacızadə

Məşhur trilogiyadan sonra yazıçının “Təyyarə kölgəsi” və “Vəfalım mənim” romanları da geniş oxucu kütləsi qazandı. Onun son romanı isə “Möcüzə”dir.

***

Əlibala müəllim həm də şeir yazırdı. Romanlarındakı şeirlərin müəllifi özüdür.

Image result for İtkin gəlin

İçki ilə arası yaxşı idi. İlyas Tapdıq və Nahid Hacızadə ilə tez-tez içki məclisləri təşkil edirdilər. Hərdən bu trioya şair Oqtay Rza da qoşulurdu.

***

Əlibala Hacızadənin maraqlı fikirləri çoxdur. Həmişə deyərdi: “Bədbəxtlikdən qorxa-qorxa, xoşbəxtliyi arzulaya-arzulaya yaşadım”.

***

Bir gecə yaşadığı binanın blokunda Əlibala müəllimi soyurlar: Soruşdular, nə qədər pulun var, dedim, bir “şirvan”. Oğlanlardan biri əlini döş cibimə salıb əlliminlik çıxartdı, dedi, ağsaqqal kişisən, utanmırsan, yalan danışırsan?!

# 4178 dəfə oxunub

Müəllifin son yazıları

# # #