Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz

Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz
4 avqust 2021
# 12:03

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Kulis.az xəbər verir ki, bu ay ilk dərs bu gün Çingiz Babayevin iştirakı ilə “Eşq naxışları” mövzusunda olacaq. Eyni zamanda, növbəti dərs avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda davam edəcək. Avqust ayı ərzində sonuncu dərs 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

# # #